"Fənərbaxça"nın hücumçusu üçün 20 milyon avroluq təklif

19:10 - 15 Avqust 2026

"Fənərbaxça"nın hücumçusu Sidiki Şerik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İpsviç Taun" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Premyer Liqaya yüksələn klub Şerif üçün 20 milyon avroluq təklif göndərib. İstanbul nəhəngi isə 19 yaşlı forvard üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, "Fənərbaxça" Sidiki Şerifi bu ilin yanvarında "Anje"dən transfer edib. Gənc oyunçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi  matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti