Rusiya Milli Futbol Liqasında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" səfərdə "KAMAZ"ın qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
saytlarin hazirlanmasi
