Osimhen ÇL matçında oynamayacaq

15:33 - 6 Sentyabr 2026

"Qalatasaray"ın zədəli futbolçuları Viktor Osimhenlə Mario Leminanın durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, hər iki oyunçu bu gün tibbi müayidədən keçiblər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Osimhenlə Leminanın ayaq əzələsində zədə aşkarlanıb. Onların təxminən 3 həftə yaşıl meydanlarda uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" növbəti oyununu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turu çərçivəsində səfərdə Lissabon "Sportinq"inə qarşı keçirəcək. Qarşılaşma 9 sentyabr tarixində baş tutacaq.

Xəbər xətti