“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Çempionlar Liqasının ilk turunda Mançesterdə "Sabah"a qarşı görüşdə 4:0 hesablı qələbə ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, ingilis mütəxəssis Azərbaycan çempionunu tərifləyib:
"Qapımızı toxunulmaz saxlamaq və əlbəttə ki, qalib gəlmək xoşdur. Çox şey baş verdi. Düşünürəm ki, hücumda yer alan oyunçularımızın bəziləri parlaq çıxış etdi. Keçidlərdə təhlükəli idik və əksər vaxt yaxşı müdafiə olunurduq. "Sabah"a təşəkkür edirəm. Onlara qarşı oynamaq həqiqətən çətin idi. Qısa ötürmələr edirlər və topun arxasınca qaçmağa məcbur edirlər. Nəticə asan görünürdü, amma meydanda belə deyildi. Amma düşünürəm ki, çox şeyləri çox yaxşı etdik və bu, yaxşı nəticəyə gətirib çıxardı”.
saytlarin hazirlanmasi
