Son mövsümü “Araz-Naxçıvan”da keçirmiş Hamidu Keyta özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı fransız İsraildə oynayacaq.
O, yüksək liqada yarışan “Hapoel Petah Tikva” ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Keyta “Araz-Naxçıvan”dan savayı “Qarabağ” və “Zirə”nin formasını geyinib. Bundan əvvəl isə o, “Sent-Etyen”, “Botoşani”, “Vitorul”, “Santa Klara”, “Konyaspor” klublarında oynayıb.

