Türkiyə millisi ilə vidalaşdı

13:20 - 18 Sentyabr 2026

Mert Günok Türkiyə milli komandasındakı gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın qapıçısı yığmadakı çıxışını başa vurub. Qolkiper bununla bağlı açıqlama paylaşıb.

Təcrübəli "əlcək sahibi" 37 yaşında milli ilə vidalaşıb.

Qeyd edək ki, Mert Günok 2012-ci ilin may ayında Tütkiyə seçməsində debüt edib. O, komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 37 qol buraxıb, 14 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti