"Qəbələ" "Karvan-Yevlax"la heç-heçə etdi

19:37 - 27 Sentyabr 2026

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" I Liqa təmsilçisi "Karvan-Yevlax"la qarşılaşıblar. Matç qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının VII turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.

Xəbər xətti