"Qəbələ" bu mövsüm üçün heyətinə daha bir legioner əlavə edib. Bölgə təmsilçisi albaniyalı Endri Çekiçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Ankaragücü”, “Konyaspor”, “Pendikspor”, “Adanaspor” kimi klublarda çıxış edib. O, son olaraq İraqın “Zakho” komandasının şərəfini qoruyub. Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.
Sportal.az alban futbolçunun Türkiyə Superliqası zamanı vurduğu qolları təqdim edir:
saytlarin hazirlanmasi
