Türkiyə I Liqasında XI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Pendikspor"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Toral bu matçın 77-ci dəqiqəsində meydana daxil olub.
10 turdan sonra 25 xal toplayan "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
