Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Karlos Visens çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Karlos Visensin son iş yeri oktyabrda ayrıldığı "Braqa" olub. O, "Lion"un baş məşqçisi vəzifəsində Paulo Fonsekanı əvəzləyib.
saytlarin hazirlanmasi

