2 qat ölkə çempionu "Rəvan"da

11:45 - 11 Avqust 2013

"Siğortaçılar" daha bir transferini reallaşdırdı
 
Cari mövsüm qarşısına ciddi hədəflər qoyan və heyətin gücləndirilməsinə ciddi yanaşan "Rəvan” daha bir transfer həyata keçirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Mişel Patrik Balokoq Nak ilə müqavilə bağladı. Kamerunlu legioner ilə 1 illik saziş imzalandı.
 
Mişel Balokoq mərkəz xavbekidir. O həm dayaq yarımmüdafiəçisi, həm də hücumameyilli xavbek kimi oynaya bilir. Sentyabrda 27 yaşı tamam olacaq Mişel vətənində "Kotonsport”un şərəfini 3 mövsüm qoruduqdan sonra Avropaya – Sloveniyaya transfer olunub. Burada isə 1 il 7 ay ərzində "Domjale”nin uğurları üçün çalışıb. Vətənində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olan Mişel Sloveniya klubunda son mövsümdə 14 oyunda meydana çıxıb və bürünc medallara sahib çıxıb. O, 2011-ci ildə Kamerun millisinin heyətində Afrika Millətlər Çempionatında da iştirak edib. 

Xəbər xətti