"Real" Beyl transferində son nöqtəni qoydu

03:00 - 19 Avqust 2013

Karlo Ançelotti: "Başqa transferə ehtiyacımız yoxdur”

 

Uzun müddətdir Qaret Beyli transfer etmək üçün dəridən-qabıqdan çıxan “Real”  bu keçiddən imtina edib.

 

Sportal.az xəbər verir ki,  “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti əlavə oyunçuya ehtiyacları olmadığını açıqlayıb:

“Heyətdən məmnunam. Başqa transferə ehtiyacımız yoxdur”.

 Ançelottinin bu açıqlaması ispanların Beyldən imtina etmələri anlamına gəlir.

Qeyd edək ki, “Tottenhem”in prezidenti Daniel Levi Beylin transferi üçün 98 milyon funt-sterlinq tələb edib ki, bu da “Real”ı geri çəkilməyə vadar edib.

Xəbər xətti