İngiltərə Premyer Liqası: Güclülərdən yalnız "Arsenal" qələbə qazandı VİDEO

01:20 - 29 Sentyabr 2013

London derbisində qalib müəyyənləşmədi

 

İngiltərə Premyer Liqasında VI turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

London derbisində "Tottenhem" və "Çelsi" klubları qarşılaşıblar. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar - 1:1.

Son çempion "Mançester Yunayted" doğma meydanda "Vest Bromviç"ə 1:2 hesabı ilə uduzub. "Mançester Siti" isə səfərdə "Aston Villa"ya məğlub olub. Səfərdə "Suonsi"ni 2:1 hesabı ilə məğlub edən "Arsenal" vahid liderliyə yüksəlib.

Qeyd edək ki, VI tura sentyabrın 30-da keçiriləcək "Everton" - "Nyukasl" oyunu ilə yekun vurulacaq.


30 sentyabr

 

"Tottenhem"  "Çelsi" - 1:1
Qollar:
 Siqurdson, 19 - Terri, 65 (1:1)
 
"Mançester Yunayted" - "Vest Bromviç" - 1:2
Qollar:
  Runi, 57 - Amalfitano, 54, Berahino, 67

"Sauzhempton" - "Kristal Palas" - 2:0
Qollar:
 Osvaldo, 47, Lambert, 49 

"Hall Siti" - "Vest Hem" - 1:0
Qol:
 Bredi, 12-pen
 
"Fulhem" - "Kardiff Siti" - 1:2
Qollar:
Ruiz,45 - Kauler,12, Matç, 90

"Aston Villa" - "Mançester Siti" - 3:2
Qollar:
 Əl Əhmədi, 51 , Bakuna, 73, Veymann, 76 - Ture,45, Dzeko,57
 
"Suonsi" - "Arsenal" - 1:2
Qollar:
Deyvis,82 Qnabri, 58 , Remzi, 62

Xəbər xətti