Millimizin futbolçusu borcunu qaytara biləcəkmi?

15:43 - 8 Oktyabr 2013

Mahir Şükürov:"Biz qalib gəlməyə borcluyuq"
 
 
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiyaya qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib. 
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin müdafiəçisi jurnalistlərə açıqlamasında bunları söyləyib: "Şimali İrlandiya güclü komandadı. Çünki Rusiya yığmasını öz meydanında məğlub etməyi bacarıblar. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq. Rusiya da güclü rəqibdi. İstəyirik ki, onları da büdrədək və bununla, 2 il bundan qabaq ruslara qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək.

Xəbər xətti