"Biz də "Xəzər Lənkəran"ı qolla susduracağıq" MÜSAHİBƏ

14:20 - 26 Oktyabr 2013

Muarem:"Şükürlər olsun ki, Allah məni eşidir"
 
 
"Qarabağ"ın hücumçusu Muarem Muaremin Sportal.az-a müsahibəsi
 
- Bu həftə "Xəzər Lənkəran"la qarşılaşacaqsınız..
- Turnir cədvəlində "Neftçi" ilə ilk pillədə qərarlaşırıq. Bu tur "Neftçi" asan rəqiblə oynayacaq, ancaq bizim işimiz çətin olacaq. Biz Lənkərana üç xal ardınca gedirik və rəqibi məğlub edəcəyimizə inanıram.
 
- "Qəbələ" dünən qalib gəldi və bir oyun arıqla liderdir. Bu sizi çəkindirmir?
- Məncə, "Qəbələ" o qədər də yaxşı vəziyyətdə deyil. Ancaq biz heç bir rəqibə yuxarıdan aşağı baxmalı deyilik və çıxıb öz oyunumuzu oynamalıyıq.
 
- "Xəzər Lənkəran"la oyunda komandanın əsas oyunçularından biri Qara Qarayev yoxdur. Bu oyununuza təsir etməyəcəkki?
-  Qara bizim üçün önəmli futbolçudur. Ola bilsin rəqib onun yoxluğundan istifadə edib qol vursun. Ancaq biz də rəqibi qolla susduracağıq.
 
- Son oyunlarda qol vurursan.  Bu ardıcıllığı bu oyunda da davam etdirə biləcəksənmi?
- Hər oyuna çıxmazdan əvvəl Allaha dua edirəm ki, qol vurum və komandam necə olursa olsun qələbə qazansın. Şükürlər olsun ki, Allah məni eşidir.
 
-  "Qarabağ"ın bu mövsümdə çempionluq şanslarını necə dəyərləndirirsən?
-  "Qarabağ" hər oyundan oyuna artırır və öz istədiyimiz oyunu göstərə bilirik. "Neftçi"nin xal itirməsini də gözləyirik.
 
Yusif HÜSEYN

Xəbər xətti