"Milli komandaya hansı klub düzgün futbolçu hazırlayıb ki, deyir Foqts düzgün işləmir"

13:20 - 18 Dekabr 2013

Nadir Qasımov:"Mahmud Qurbanov və Aslan Kərimovdan artığını görmürəm"
 
"Axırıncı oyunlarda komanda pis oyun sərgiləmirdi, millimiz uduzmağı yaddan çıxarıb. Son oyunlarda cavan oyunçular da çağrılır. Artıq o da başa düşüb ki, cavanlara yol açmaq lazımdır ki, meydanda olan oyunçu hiss etsin ki, onun yerinə futbolçu gəlir. Milli komandaya hansı klub düzgün futbolçu hazırlayıb ki, deyir Foqts düzgün işləmir. Milli komanda da klublardan formalaşır, bunu əsas klublar fikirləməlidr ki, milli komandaya futbolçu hazırlasınlar. bu dəqiqə heç bir parlayan futbolçu millidən kənarda qalmayıb".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Şuşa"nın baş məşqçisi, futbol mütəxxəsisi Nadir Qasımov bildirib. O, həmçinin Mahmud Qurbanovun Foqtsun köməkçisi seçilməsinə də münasibət bildirib:
 
"Burada baş məşqçi öz fikrini söyləyir, federasiya da icra edir. Bu gün köməkçi məşqçi postuna Mahmud Qurbanov və Aslan Kərimovdan artığını görmürəm"

Xəbər xətti