Seria A: 6 qol vuruldu, "Yuventus" qalib gəldi VİDEO

11:30 - 19 Yanvar 2014

"Roma"da darmadağınla sevindi
 
İtaliya A Seriyasında 20-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Doğma azarkeşləri önündə "Livorno" ilə qarşılaşan "Roma" rəqibinə 3 cavabsız qolla qalib gəlib. A Seriyasının hazırkı lideri "Yuventus" da evdə "Sampdoriya"nı 4:2 hesabı ilə üstələyib.
 
Qeyd edək ki, A Seriyasında 20-ci tura bu axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.
 
 
18 yanvar
İtaliya A Seriyası, 20-ci tur
 
"Roma" - "Livorno"  3:0
Qollar: Destro, 6 , Strutman, 36, Lyajiç, 78
 
"Yuventus" - "Sampdoriya"  4:2
Qollar: Vidal, 18,41,  Lorente, 24, Poqba,78 -  Barzaqli, 38-avtoqol ,  Qabbiadini, 70
 

Juventus 4-2 Sampdoria All Goals by all-goals

Xəbər xətti