"Neftçi" hər zaman mənim qəlbimdədir"

20:26 - 23 Oktyabr 2015

"Hakim bu matçda bütün qərarlarda düzgün idi"

 

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start verilib.

 

Sportal.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Turun açılış matçında AZAL və "Neftçi" komandaları üz-üzə gəlib. "AZAL Arena"da baş tutan oyunda "Neftçi" 1:2 hesabı ilə uduzub.

 

Oyundan sonra AZAL-ın müdafəçisi Rail Məlikov matçla bağlı fikirlərini bölüşüb:

 

 

“Hakim bu matçda bütün qərarlarda düzgün idi. Təyin etdiyi penalti epizodlarında haqlı idi. Çox şadam ki, hər iki penaltini qola çevirib qələbə qazandıq. “Xəzər Lənkəran”la matçdakı məğlubiyyəti bu oyunda unutdurmaq istəyirdik. Biz bu tapşırığın öhdəsindən gələ bildik. Bütün komanda bu oyuna ciddi hazırlaşmışdı. “Neftçi” hər zaman mənim qəlbimdədir. Mən bu komandada beş il oynamışam”.

Xəbər xətti