"Kəpəz" yoxlama oyunu keçirəcək: Rəqib də məlumdur

00:44 - 9 Noyabr 2015

Komanda noyabrın 11-də bir araya gələcək
 
Azərbaycan Premyer Liqasının XII turunda keçirilən AZAL - “Kəpəz” (1:1) oyunundan sonra Gəncə klubunun üzvləri istirahətə buraxılıb. Milli yığmaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından komandaya 3 günlük istirahət verilib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı göylər” məşqləri noyabrın 11-də bərpa edəcək. Fasilə müddətində “Kəpəz” yoxlama oyunu da keçirəcək.Gəncə təmsilçisi AZAL-la qarşılaşacaq. Razılaşmaya əsasən, yoxlama matçı noyabrın 14-də saat 15:00-da “AZAL Arena”da olacaq. 

Xəbər xətti