AZAL-ın futbolçusu: "Hər şey öz əlimizdədi"

19:27 - 10 May 2016

"Meydandan qələbə ilə ayrılmaq istəyirik"

 

"Hər oyuna olduğu kimi “Zİrə” ilə matça da ciddi hazırlaşırıq. Son oyunlarda istədiyimiz kimi oynaya bilmirik. Çalışacağıq ki, “Neftçi” ilə oyundakı məğlubiyyəti unutduraq".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında AZAL-ın futbolçusu İlqar Ələkbərov səsləndirib.

 

Gənc yarımmüdafiəçi komandasının Avropa Liqasına vəsiqə qazanmaq istədiyini bildirib: "Meydandan qələbə ilə ayrılmaq istəyirik. Öz meydanımızda hələ ki, heç bir komandaya məğlub olmamışıq. Bu dəfə də Şüvəlanda məğlub olmamağa çalışacağıq. 3 xal qazanıb daha irəli getmək istəyirik. Qarşıda çətin oyunlarımız var. “Neftçi” ilə aramızda xal fərqi 3-ə bərabərdi. Onlarında çətin çətin oyunları var. Hər şey öz əlimizdədi.Çalışacağıq ki, hər oyundan maksimum xal götürüb Avroliqaya vəsiqə qazanaq". 

Xəbər xətti