"Xəzər Lənkəran"dan lisenziya ilə bağlı rəsmi açıqlama

16:02 - 16 May 2016

"Cərimələrin 14 günə ödənilməsi mümkün deyil"
 
Xəbər verdiyimiz kimi , AFFA “Xəzər Lənkəran” a 2016/2017-ci illər mövsümündə Topaz Premyer Liqasında iştirak üçün lisenziya verməyib.
 
Sportal.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu cənubluların yekun mövqeyini sabah açıqlayacağını bildirib. 
 
O bildirib ki, verilən 14 gün vaxt müddətində problemlərin həllinə çalışacaqlar:
 
“Yekun mövqeyimiz sabah bilinəcək. 14 gün vaxt verilib və bu müddətdə problemlərin həlli üçün çalışacağıq. Lisenziya alınması üçün addımlar atacağıq. Amma real yanaşsaq, indiki vəziyyətdə cərimələrin 14 günə ödənilməsi mümkün deyil. Yenə də qarşıdakı günlərdə rəsmi açıqlamalar olacaq”.

Xəbər xətti