AZAL-ın qolkiperi milliyə dəvət aldı

12:37 - 17 May 2016

Yoldaşlıq matçları üçün
 
Moldova yığmasının Xorvatiya və İsveçrəyə qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi İqor Dobrovoslkinin dəvət göndərdiyi futbolçular arasında AZAL-ın qapıçısı Stanislav Namaşko da var.
 
Qeyd edək ki, moldovalıların Xorvatiya ilə dueli mayın 27-də, İsveçrə ilə qarşılaşması isə iyunun 3-də baş tutacaq.

Xəbər xətti