"Qarabağ" - "Göteborq" matçına biletlərin yarısı satılıb

00:13 - 25 Avqust 2016

"Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində "İsveçin "Göteborq" klubunu qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, matçın biletləri ayın 22-dən etibarən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışa çıxarılıb. Azarkeşlər tərəfindən oyuna maraq böyükdü. Belə ki, bu gün axşam saatlarınadək qarşılaşma üçün biletlərin yarısı satılıb. Azarkeşlər  15 mindən artıq bilet aıb. Bilet satışı sabah da davam edəcək.
 
Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı avqustun 25-i, saat 20:30-da start götürəcək. Bu komandalar arasında İsveçdə keçirilən ilk matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti