"Sportinq" Budaq Nəsirova qoyduğu qiyməti Hollandiya yığmasının üzvünə də təyin etdi

18:03 - 28 Avqust 2016

Budaq Nəsirovun çıxış etdiyi Portuqaliyanın "Sportinq" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Lissabon klubu "Volfsburq"un hücumçusu Bas Dostu transfer edib. 27 yaşlı hollandiyalı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Bas Dostun müqaviləsindəki şərtə görə, onu transfer etmək istəyən klub 60 milyon avrosundan keçməlidir.

 

Qeyd edək ki, "Sportinq" Budaq Nəsirovun da müqaviləsinə həmin maddəni əlavə edib. Millimizin futbolçusunu transfer etmək istəyən komandalar Lissabon klubuna 60 milyon avro ödəməlidir.

Xəbər xətti