"Fiorentina"nın futbolçusu: "Qrupda 1-ci yeri tutmaq üçün "Qarabağ"ı məğlub etməliyik"

12:37 - 6 Dekabr 2016

“Mən yalnız gələcəyim haqda düşünürəm. Adımın digər klublarla hallanması normaldır. Amma mən bu xəbərlərə diqqət yetirmirəm. Daha çox öz üzərimdə çalışıram. Baş məşqçimiz və klub prezidentimiz məni tərifləyiblər və mən onlara təşəkkür edirəm”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri “Fiorentina”nın futbolçsu Federiko Bernanrdeski söyləyib. İtaliya A Seriyasının son turunda “Palermo” ilə matçda (2:1) ilk qolun müəllifi olan futbolçu növbəti oyunlarda da qələbə qazanmaq istədiklərini bildirib:

 

“Mən də qol vursam da, Babakar oyunun qəhrəmanı idi. Son dəqiqə qolu bizə həyat verdi. Onunla bir-birimizi yaxşı başa düşürük. Liderlərdən geri düşməmək üçün qələbələrimizi sıralamalıyıq”.

 

22 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da danışıb:

 

“İlk oyunda “Qarabağ”a böyük hesabla qalib gəlmişdik. İndi səfərdə də qələbə qazanmalıyıq. Qrupda 1-ci yeri tutmaq üçün “Qarabağ”ı məğlub etməliyik”.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin VI turunda “Fiorentina” dekabrın 8-i Bakıda “Qarabağ”ın qonağı olacaq.

Xəbər xətti