Tərlan Əhmədov: "Fikrim getməkdi" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Neftçi" - AZAL matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti şərh edib.

 

- Oyun haqda deyəcəyim bir söz yoxdu. Rəqibi təbrik edirəm. Bizdə istək yox idi. Edəcəyim bir şey də yox idi. Həddindən artıq zədəli futbolçularımız var. Qalperinin zədə alması məni qayğılandırır. İtkilər komandaya çox təsir edir. "Neftçi" qələbəyə layiq idi. "Qarabağ"a 0:6 hesabı ilə uduzandan sonra belə böyükhesablı məğlubiyyətimiz yox idi. Artıq sona yaxınlaşırıq. Kimisə ittiham etməyin mənası yoxdu. İki tur qalıb. Bu iki turu da yola verəndən sonra, nəyin necə olacağını biləcəyik.

 

- AZAL-ın vitse-prezidenti Vaqif Qasımov deyib ki, komanda Premyer Liqada qalsa, vəziyyət düzələcək. Bəs, siz nə düşünürsüz?

- Vallah, komandanın elitada qalmasını mən də istəyirəm. Komandanın rəhbərliyi var. İllərdi kluba maliyyə ayırıblar. 99, 9 faiz fikrim getməkdi. Düzü, vəziyyətin düzələcəyinə ümid edirəm. Yeni mövsüm avqustda başlayacaq. Hər şey əvvəlcədən bəlli olmalıdı. Olmayanda məşqçi futbolçu axtarmağa başlayır. Belə olanda da problemlər yaranır.

 

- Penalti təyin ediləndə Ruslan Əmircanovla Nuqzar Kvirtiya arasında kiçik dialoq oldu. Həmin an nə baş verdi?

- Mövsüm ərzində ilk dəfə idi penalti vurduq. Verilməsəydi, təccüblənməzdim. Mən oyundan əvvəl penaltini kimin vuracağını təyin edirəm. Yaxud da qeyd edirəm ki, kim özünə əmindisə o da vursun. Nuqzarla Ruslanın nə danışıdığını isə bilmirəm.

 

- Vaqif Cavadov AZAL-ı trampilin kimi istifadə edirdi ki, daha yaxşı kluba getsin. Amma bu gün onun nə etdiyi bəlli deyildi...

- Mən heç bir futbolçunun yerinə danışa bilmərəm. Vaqifə zaman lazımdı ki, özünə gəlsin. Böyük futbol oynayıb, legioner həyatı yaşayıb. Amma indi maliyyəsi aşağısı olan kluba gəlməsi, ola bilər ona təsir edir. Mənim üçün futbolda oyunçunun dini, irqi önəm daşımır. Vaqifin gələcək həyatı öz əlindədi. (Futbol11.az)

Tarix: 15 Aprel [20:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2017
21  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio