“Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olundu VİDEO

14:41 - 28 Aprel 2017

Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

 

Sportal.az xəbər verir ki, I Divizionun bu gün keçirilən “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edildi. Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim etdilər. 

 

Xəbər xətti