"Beşiktaş"da ayrılıq

"Beşiktaş" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" Gökhan İnlerlə yola davam etməmək qərarı verib. Heyətə düşməkdə çətinlik çəkən 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, türk əsilli isveçrəli futbolçu "Beşiktaş"a ötən mövsümün əvvəlində "Lester"dən transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 9 İyul [14:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio