Konte: "Qarabağ"la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq"

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis  təmsilçimizlə oyunu mövsümün ən vacib matçı adlandırıb:

 

“Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Qələbə qazanacağımız halda biz ÇL-də 1/8 finala çıxacağıq. İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.

 

Qeyd edək ki, sözügedən oyun noyabrın 22-i saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək. 

Tarix: 19 Noyabr [11:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio