Halim Fıçıcı: "Karyeram ərzində bunu təkcə Amil Yunanovda görmüşəm" MÜSAHİBƏ

“Bizim üçün çox sevindirici haldır ki, komandamız bu turnirdə iki klubla təmsil olunurdu. Təbii ki, bu tipli turnirlər uşqalarımızın inkişafına və daha da təkmilləşmələrinə kömək edir. Bu da öz növbəsində, çox yaxşı haldır. Yaxşı oyunlar oldu. Baxımlı matçların şahidi olduq. Sevinirəm ki, belə turnirlər təşkil olunur”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ" futbol akademiyasının baş məşqçisi Halim Fıçıcı İdman Klubun təşkilatçılığı ilə keçirilən 12 yaşadək futbolçular arasında I Novruz turnirindən sonra əməkdaşımıza vediyi müsahibə zamanı bildirib:

 

- Turnirdə 4 yox, daha çox komanda olmasına nə maneçilik törədir? Sizcə, daha çox klub təmsil olunsa, yaxşı olmazmı?

- Əlbəttə, yaxşı olar. Lakin gələn mövsüm çalışacağıq ki, daha çox komanda iştirak etsin. Bu il vaxtımız çox olmadığı üçün 4 komanda çıxış etdi. Düşünürəm ki, 4 klub olmasına baxmayaraq, yüksək səviyyəli oyunlar izlədik.

 

- Bu yaş qrupları üçün mövsüm ərzində neçə dəfə bu tipli turnirlər təşkil olunsa, daha məqsədəuyğun olar?

- Məncə, belə turnirlər nə qədər çox olsa, bir o qədər yaxşı olar. Çünki, uşaqlar oynadıqca daha da inkişaf edir və tam olaraq formalaşırlar.

 

- Bildiyimiz qədəri ilə Şamaxı Olimpiya Kompleksi və “Qəbələ İK” arasında əməkdaşlıq var. Sizcə, bu komandaya nə verəcək?

- Burada futbol adına çox böyük potensial olduğunu düşünürük. İlk növbədə istəyirik ki, futbol məktəbi yaradaq və istedadlı uşaqları kəşf edib akademiyamıza yönləndirək. Hal-hazırda bura cansız bir şəkildədir, lakin biz buranı canlandıracağıq. İnanırıq ki, buradan istedadlı futbolçular çıxacaq.

 

- “Qəbələ”yə gəldiyiniz zamandan bəri ən çox sevdiyiniz futbolçulardan biri də Amil Yunanov olub. Hazırda Amil milli komandaya dəvət alıb. Bu haqda nə düşünürsünüz?

- Amil insan olaraq çox xarakterli biridir. Futbolçu olaraq da qol duyumu yüksək bir oyunçudur. U-17-lərdə çıxış etdiyi zaman 45 qol vurmuşdu. Mən hər zaman demişəm ki, 25 illik karyeram boyu 17 yaşlılarda bir futbolçunun 45 qol vurmasını görməmişdim. Bu da Amilin çox güclü və istedadlı bir futbolçu olduğundan xəbər verir. Ümid edirəm ki, öz istedadını Azərbaycan xalqına və bütün dünyaya göstərər.

 

- “Qəbələ” güclü futbolçular yetişdirir, lakin əsas komandada bu futbolçular öz yerlərini möhkəmləndirə bilmirlər. Bu nə ilə bağlıdır?

- Bu suala mən cavab verə bilmərəm.  Lakin gələcəkdə daha yaxşı olacağına ümid edirəm. (Newsport.az)

Tarix: 24 Mart [14:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2018
18  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio