Yunis Hüseynov: "Bunu bəhanə etmirəm"

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 25-ci turunda "Qəbələ"yə səfərdə 0:3 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları söyləyib:

 

“Qalib gəlmək istəyirdk. Oyuna 2-3 saat qalmış Qəbələyə Gəncədən avtobusla gəlmişdik. Bunu bəhanə etmirəm. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Futbolçuların fərdi ustalıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə başa baha gəldi. Dario Federiko oyunun əvvəlində yüzfaizli qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı”.

Tarix: 28 Aprel [21:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2018
17  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio