Sabiq "Bakı"lı baş məşqçi oldu

17:22 - 29 Avqust 2018

“Bakı”nın sabiq qapıçısı Xalidu Sissoko məşqçi fəaliyyətinə başlayıb.

 

Sportal.az xəbər verir ki, seneqallı mütəxəssis ölkəsinin yüksək liqasında çıxış edən NGB klubuna baş məşqçi təyin edilib. 40 yaşlı veteran qolkiper ictimaiyyətə təqdim edilib.

 

Qeyd edək ki, Sissoko 2004-2012-ci illərdə “Bakıda çıxış edib. O, paytaxt klubunun heyətində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olub. Sissoko Seneqal millisinin də üzvü olub.

Xəbər xətti