“İnStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqanın 13-cü turunun rəmzi komandası açıqlanıb.
Sportal.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ən yaxşı 11-likdə “Qarabağ”dan 7, “Zirə”dən 2 futbolçu yer alıb. “Neftçi” və “Sabah”ın isə bir üzvü rəmzi komandaya daxil edilib.
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) – 7
Müdafiəçilər: Bədavi Hüseynov – 3, Ansi Aqolli – 2 (hər ikisi “Qarabağ”), İlkin Qırtımov – 3, Miloş Radivoyeviç, 2 (hər ikisi “Zirə”)
Yarımmüdafiəçilər: Abdullah Zubir – 3, Filip Ozobiç – 4, Qara Qatayev, Dani Kintana (hamısı “Qarabağ”)
Hücumçular: Marko Deviç (“Sabah”) – 5, Mahir Mədətov (“Qarabağ”) – 3
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.
saytlarin hazirlanmasi