"Persepolis"in futbolçusu "Sumqayıt"a keçir

11:11 - 4 Avqust 2019

İranın "Persepolis" klubunun hücumçusu Mehdi Şərifi "Sumqayıt"a keçmək üzrədir.

 

Sportal.az "Persian Football"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "gənclik şəhəri" təmsilçisinin düşərgəsindədir.

 

Mehdi 2018-ci ildə Tehran klubu ilə iki illik müqavilə imzalasa da, cəmi 4 oyun keçirib və qol vurmayıb. Şərifi "Sepahan" və "Traktor" klublarında da çıxış edib. Futbolçu hazırda azad agent statusu daşıyır.

 

Şərifi 2014-cü ilin aprelində İran yığma komandasına dəvət alıb. Karluş Keyruşun dönəmində milliyə çağırılan futbolçu Anqola və Belarusla yoldaşlıq görüşlərində 85 dəqiqə meydanda olub.

Xəbər xətti