APOEL Bakıya bir təyyarə azarkeş gətirəcək

16:23 - 4 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubu Bakı səfəri üçün azarkeşlərə təyyarə ilə gediş-gəliş təşkil edib.

 

Sportal.az xəbər verir ki, təyyarə çarter reysiylə Larnakadan Bakıya avqustun 11-də axşam saatlarında uçacaq və oyundan dərhal sonra geri qayıdacaq. Azarkeşlər "Hyatt Regency" otelində məskunlaşacaq.

 

Səyahət paketinə uçuş bileti, Azərbaycana giriş vizası, hava limanının vergiləri, Oteldə qəhvəaltı və gecələmə, hava limanından otelə transfer, oyun günü stadiona aparılmaq və matçdan sonra hava limanına gətirilmək daxildir. Bunun üçün hər bir azarkeş 570-800 avrosundan keçməlidir.

 

Paketə yalnız matçın bilet xərci daxil deyil.

 

APOEL - "Qarabağ" cütünün ilk oyununu avqustun 6-da Nikosiyadakı GSP stadionunda baş tutacaq. Avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionda komandalar cavab görüşünə çıxacaq.

Xəbər xətti