"Keşlə" paraqvaylı hücumçunu transfer etdi

18:39 - 4 Avqust 2019

"Keşlə" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Kolumbiyanın "Deportivo Lara" klubundan Lorenso Rodriqo Furtosu transfer edib. 30 yaşlı forvard paytaxt təmsilçisinin Türkiyə toplanışındadır.

 

Paraqvaylı futbolçu "Keşlə"nin Türkiyənin aşağı liqa təmsilçisi "Batman Petrolspor" komandası ilə yoxlama görüşündə (2:0) qol vurub.

 

Forvard ilin əvvəlindən çıxış etdiyi "Deportivo Lara"da 10 oyuna (472 dəqiqə) 2 qol vurub.

Xəbər xətti