"Sumqayıt"ın israilli yarımmüdafiəçisi Əmir Ağayev ölkəsinin mətbuatına müsahibə verib.
Sportal.az ynet.co.il saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Bney Yehuda" (İsrail) - "Neftçi" oyunu barədə fikirlərini bölüşüb.
- Komandaların şanslarını necə hesab edirsən?
- Mövsümün əvvəlində "Bney Yehuda"da baş verənlərə görə, indiki heyətləriylə "Neftçi"ni keçmək şansları sıfıra bərabərdir. Sadəcə, möcüzəylə bacara bilərlər. Ancaq onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. "Neftçi" isə çox güclüdür və yaxşı kollektivi var.
- "Neftçi"nin özəlliyi nədir?
- Ötən mövsüm çempionluğu son anda əldən verdilər. Möhtəşəm futbolçulara malik olan böyük klubdur. Böyük ulduz olan Dario Frederiko kimi futbolçuları var. Onlar güclü hücum xəttinə malikdir. "Bney Yehuda" bunu göz önünə almalıdır.
- "Bney Yehuda"dan səndən kimsə ipucu almaq istəyib?
- Din Moridən başqa heç kim mənimlə danışmayıb. "Neftçi"ni keçəcəklərinə inanmağım çətindir. Məncə, "Bney Yehuda" heyətini gücləndirmək və çempionatı düşünür. Bu səbəbdən də mənimlə əlaqə saxlamadıqlarını düşünürəm.
- Oyunda olacaqsan?
- Əlbəttə, klub prezidenti Riad Rəfiyevə bilet təşkil etməsini tapşırmışam.
Əmir Ağayev "Bney Yehuda"nın yetirməsidir və 2017-ci ilə qədər bu klubda çıxış edib.
saytlarin hazirlanmasi