"Topaz" Premyer Liqanın sponsorluğundan imtina etdi

15:47 - 5 Avqust 2019

"Topaz" Azərbaycan Premyer Liqasının sponsorluğundan imtina edib. Bukmeyker şirkəri Peşəkar Futbol Liqası ilə əməkdaşlığa son qoyub.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

 

Qurum rəsmisi yeni mövsümün startına kimi sponsorluqla bağlı qərar qəbul olunacağını söyləyib.

 

"Topaz" 2012-ci ildən Azərbaycan Premyer Liqasına sponsorluq edirdi.

Xəbər xətti