Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Qarabağ" (Ağdam, Azərbaycan) - APOEL (Kipr) cütünün məğlub tərəfi Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.
Sportal.az xəbər verir ki, məğlub olacaq komanda Avropa Liqasının pley-off mərhələsində "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-si və 29-u keçiriləcək.
saytlarin hazirlanmasi