Ermənilər Kiprdə "Qarabağ"a qarşı təxribata başladı

11:11 - 6 Avqust 2019

Ağdamın "Qarabağ" klubu bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, oyundan öncə Kipr-Erməni Beynəlxalq Komitəsi "Qarabağ"la bağlı bəyanat yayıb. Bəyanatda saxta məlumatlar yer alıb. Dağlıq Qarabağ erməni bölgəsi kimi təqdim edilib. Ermənilər tarixən Azərbaycan-Türkiyə qətliamına məruz qaldıqlarını yazıda bildirib.

 

Bakı vaxtı ilə 21:00-da Nikosiyadakı GSP stadionunda keçiriləcək oyunda ermənilərin təxribata əl atacağı istisna deyil.

 

2012-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin APOEL-lə səfər görüşündə də meydan sahiblərinin azarkeşləri təxribata əl atmışdı. Ancaq "ağ-qaralar" 3:1 hesabı ilə qalib gələrək, Azərbaycan futbolunda ilkə imza atmışdı. "Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubu oldu.

 

Sonuncu dəfə "Qarabağ"ın "Arsenal"la səfər oyununda meydana erməni azarkeş daxil olmuşdu. Əlində qondarma Dağlıq Qarabağ bayrağı ilə meydana daxil olan azarkeşə Emreyts stadionuna giriş ömürlük qadağan edilib.

Xəbər xətti