İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton" Portuqaliyanın "Eştoril" klubundan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı forvardla 4 illik sözləşmə imzalanıb. "Canavarlar" Renatı Portuqaliya Premyer Liqa təmsilçisi "Pasuş de Ferreira" klubuna icarəyə verib.
Dadaşov ötən mövsüm "Eştoril"də 22 oyuna 4 qol vurub, Azərbaycan yığmasının heyətində Macarıstan və Slovakiya ilə AÇ-2020-nin seçmə mərhələ oyunlarında meydana çıxıb.
Klubun idman direktoru Kevin Telvell gənc futbolçunun transferiylə bağlı danışıb:
"Renat bizim ötən mövsümdən izlədiyimiz perspektivli futbolçudur. Onu transfer etməkdən məmnunuq. Transfer pəncərəsində çalışarkən təkcə indini deyil, gələcəyi də düşünürük. Renatın gələcəkdə fantastik futbolçuya çevriləcəyini düşünüb, imza atdırdıq. Renat bir "Vulverhempton" futbolçusunda axtardığımız bütün özəlliklərə malikdir. İndi bir il ərzində geri dönüşündə daha yaxşı futbolçu halına gəlmək üçün "Pasuş Ferreira"ya doğru yola çıxır. İndi komandamızda çıxış edən Dioqo Yota da bu klubun yetirməsi olub. Renatı 2019/20 mövsümündə çox yaxından izləyəcəyik, ona yaxşı şanslar arzulayırıq".
saytlarin hazirlanmasi