Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubunu 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi oyundan dərhal sonra yerli kanala açıqlama verib.
Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis qələbəni şərh edib:
"Hər nə qədər qalib gəlsək də, çətin rəqib üzərində qələbə oldu. Buna görə də oyunçularımı təbrik edirəm. Cavab oyunu daha da çətin keçəcək. Təbii ki, bu qələbə yetərli deyil. Bu oyunu unutmalıyıq. Bakıda çətin olacaq, daha hazırlıqlı olmalıyıq. APOEL qol vura biləcəyini göstərdi. Topa sahiblənərək, oyuna nəzarət etmək məcburiyyətində qaldıq. İlk hissədə çətinlik çəksək də, fasilədən sonra rahat oynadıq".
saytlarin hazirlanmasi