"Qarabağ" Kiprdə APOEL-ə qalib gəldi - VİDEO

23:36 - 6 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan turnirdə təmsil edən “Qarabağ” Kiprin APOEL klubunun qonağı olacaq. Nikosiyadakı GSP stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib..

 

Cütün cavab matçı avqustun 13-ü, Bakıda keçiriləcək.

 

APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:2

Qollar: Merkis, 90+4 - Mahir Emreli, 54, Maqaye Geye, 70

 

Xəbər xətti