"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-ə qalib gəlib - 2:1.
Sportal.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşmanı izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. O, "Qarabağ" rəhbərliyi ilə birgə oyuna baxıb və komandaya dəstəyini nümayiş etdirib.
"Qarabağ"la APOEL arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi