“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Kiprin APOEL klubunu 2:1 hesabıyla məğlub edib.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov da oyunu stadiondan izləyib və qarşılaşmadan sonra öz fikirlərini bildirib:
"APOEL üzərində qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdi. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm, amma heç bir halda arxaynlaşmaq olmaz. Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdı, təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edirəm və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.
saytlarin hazirlanmasi