"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva "Globo Esporte" nəşrinə açıqlama verib.
Sportal.az xəbər verir ki, 33 yaşlı əlcək sahibi Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb:
"Maraqlı oyun oldu, yaxşı nəticə əldə etdik. Daha da yaxşı ola bilərdi. Matçın sonunda diqqətsiz davrandıq və bir qol buraxdıq. Belə səhv buraxmaq olmaz, matça final fitinə qədər köklənmək lazımdır. Özümüzü cavab matçına daha yaxşı hazırlamalıyıq".
Komandaların cavab oyunu avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi