İspaniya Sequnda təmsilçiləri - "Estremadura", Alemriya" və "Malaqa"nın transfer hədəfində olan “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı daha bir iddia ortaya atılıb.
Sportal.az "Gazetedamga"ya istinadən xəbər verir ki, 22 yaşlı forvardla Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” maraqlanır.
İddiaya görə, "bordo-mavililər" bu keçid üçün 600 min avrosundan keçməyə hazırdır. Ağdamlılar təklifi qəbul etsə, Azərbaycan millisinin üzvü ilə 4 illik müqavilə imzalanacaq. Emrelinin illik maaşı isə 450 min avro olacaq.
Daha öncə İspaniya mətbuatında xəbər yayılmışdı ki, əgər "Qarabağ" Çempionlar Liqasında çıxışını başa vursa, Mahir seçimini edəcək.
saytlarin hazirlanmasi