UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Bazel” (İsveçrə) qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Oyun avqustun 13-ü, Avstriyada keçiriləcək. Komandaların ilk duelində LASK 2:1 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi