"Bney Yehuda"nın baş məşqçisi: "Axmaq suallara cavab verməyəcəm"

23:29 - 8 Avqust 2019

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çətçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” (2:2) matçından sonra təşkil olunan mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Yossi Abuksis jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

 

- Birinci hissə yaxşı alındı, 2 qol vura bildik. Sonra bir qədər yorulduq. Bu mövsüm ilk rəsmi oyunumuz idi. Fasilədən sonra yalnız müdafiəni fikirləşirdik. Oyundan əvvəl desəydilər ki, matç 2:2 bitıcık, bundan narazı olmazdım. Ancaq 2:0-dan belə nəticə qeydə alındığına görə, bizə yaxşı təsir etmədi. Bu, ilk 45 dəqiqə idi, cavab matçı İsraildə olacaq.

 

- İndiyə qədər belə biabırçı oyun görməmişdim. Futbolçularınız vaxt uzadır, azarkeşlərin əsəbləri ilə oynayırdılar. Buna görə utanırsız?
- Növbəti sual...

 

- Mən də həmin sualı verirəm.
- Növbəti sual...

 

- İkinci hissədə müdafiəyə çəkildiyinizi dediz. Futbolçularınız daha çox vaxt uzadırdı. Bu, sizin tapşırığınız idi?
- Belə axmaq suallara cavab verməyəcəm. Normal suallar verin. Sizin komandanız ikinci qolu son dəqiqədə vurdu. Bundan narazı olmamalısız. Əgər belə sual təkrarlansa, mən mətbuat konfransı otağını tərk edəcəm.

 

- Bu oyunu nəzərə alsaq, evdə də müdafiədən oynayacaqsız?
- Biz bu oyunu təhlil edəcəyik. Ondan sonra qərar verəcəyik.

 

- Bu hesabdan sonra özünüzü üstün sayırsız?
- Bunu deyə bilmərəm. Dünən də söyləmişdim ki, “Neftçi” çox güclüdü. Bu gün də onu təkrarlaya bilərəm. Həyat göstərəcək necə oynayacağımızı.

Xəbər xətti