Emin Mahmudov: "Gücümüz çatmayacaqsa, oyuna çıxmayaq da" - MÜSAHİBƏ

00:50 - 9 Avqust 2019

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçə edən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, kapitan öncə oyunu şərh edib:

 

- Birinci hissədə oynamağa gec başladıq. Çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq.
 
- Ardıcıl dörd oyunda qalib gəlmək sizi arxayınlaşdırmışdı?
- İnanmıram ki, arxayınlıq olsun. Başa düşürdük ki, bu, III təsnifat mərhələsidir. Bizi 13 min azarkeş dəstəkləməyə gəlmişdi. Bütün oyun ərzində bizi irəli aparırdılar. Buna görə də bizdə arxayınlıq olmalı deyildi. Çalışarıq ki, cavab matçında daha yaxşı oynayaq və nəticə ilə dönək.
 
- Əvvəlki dörd oyunda qol buraxmasanız da, bu gün torunuz iki dəfə silkələndi. Bunun səbəbi nə idi?
- Konsentrasiyanı itirmişdik. Əks-hücumlardan qollar buraxdıq. Onlar bu sistemdə oynayırdılar. Bizim üçün onların oyunu çox problem idi.
 
- Nəticəni ədalətli hesab edirsiniz?
- Ədalətlidir. Nəticə həmişə ədalətli olur.
 
- Şansları hesab edirsiniz?
- İkinci oyunda qalib gəlməliyik.
 
- Buna gücünüz yetəcək?
- Gücümüz çatmayacaqsa, oyuna çıxmayaq da. Əsas hədəf qələbədir.

Xəbər xətti